Xankəndidə “yol polisi” güllələndi

img

Xankəndi şəhərində erməni sakin “Kalaşnikov” avtomatından atəş açıb.

 

Rezonans.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, 53 yaşlı Serqo Şakaryanın açdığı atəş nəticəsində qondarma qurumun “yol polisi”nin əməkdaşı ölüb.

 

Bundan sonra Şakaryan başqa bir polisi təqib etməyə başlayıb, lakin o hadisə yerindən qaça bilib. Buna baxmayaraq, silahlı şəxs saxlanılıb.

 

Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında silahlı şəxslər olmamalıdır. Lakin indiyədək bəyanatın şərtlərinə əməl edilməyib.

Xəbəri paylaş: