Şabranda bir nəfər kanalda boğuldu

img

Şabranda bir nəfər kanalda batıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilib.

 

Xəbərə görə, aprelin 20-də nazirliyin "112" qaynar telefon xəttinə Vəlvələçay-Taxtakörpü kanalının Şabran rayonu, Vələsli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Xəbəri paylaş: