Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

img

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-nin Mətbuat xidmətindən Rezonans.az-a verilən xəbərə görə, rayonun Xudat şəhəri ərazisində Arzu kənd sakini E.Axverdiyev idarə etdiyi “İsuzu" markalı avtomobillə yolu keçən şəhər sakini Dilşad Əhmədovanı vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölub.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş: