Məkkə-Mədinə yolunda ağır qəza - 8 ölü, 43 yaralı

img

Səudiyyə Ərəbistanında Mədinə şəhəri ilə Məkkəni birləşdirən avtomobil yolunda sərnişin avtobusu aşıb.

 

Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər həlak olub, 43 nəfər isə xəsarət alıb.

 

Hadisə yerinə çox sayda xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Bildirilib ki, xəsarət alanlardan 3-nün vəziyyəti ağır, 10 nəfərin vəziyyəti orta ağır, 30-nun vəziyyəti isə stabil dəyərləndirilir.

 

Digər təfərrüatlar barədə məlumat verilməyib.

Xəbəri paylaş: