“Azəriqaz” abunəçilərə çağırış etdi

img

Azəriqaz” İB xidmət sahəsi olaraq abonent məmnunluğunu hər zaman prioritet olaraq qarşısına məqsəd qoyub.

Qurumdan verilən məlumata görə, görülən işlərin ictimailəşdirilməsi baxımından da sizin fəaliyyətiniz danılmazdır: "Bu baxımdan sizinlə qarşılıqlı əməkdaşlığımıza xüsusi önəm veririk. Bu önəmin də qarşılıqlı olmasını vacib hesab edirik. Sizdən xahiş edirik, qrupda paylaşılan məlumatlara, reallaşdırdığımız aksiyalara həssas yanaşasınız. Müşahidələrimizə əsaslanaraq qeyd edirik ki, əməkdaşlıq etdiyimiz media orqanlarının bir çoxu paylaşımlarımıza o qədər də isti yanaşmır. Ən yaxşı halda, xüsusi müraciətdən sonra məlumatlarımızı yerləşdirirlər.

Sizdən xahiş edirik, bu məsələni diqqətdə saxlayaq və hər həftənin cümə günü Birliyin inzibati binasında təşkil olunan “Açıq qapı” aksiyamızda iştirak edək. Ay ərzində cəmi 4 dəfə təşkil olunan bu aksiyada iştirak etmək yəqin ki, o qədər də çətin olmaz. Qrupda təmsil olunan dostlardan xahiş edirik ki, öz media orqanlarının rəhbərlərini müraciətimizlə bağlı məlumatlandırsınlar".

Xəbəri paylaş: