ÜST COVID-in aktiv ştamlarını açıqlayıb

img

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Omicron" və "Delta" ştamlarını narahatlıq doğuran "hazırda dövriyyədə olan" koronavirus variantları qrupuna, "alfa", "beta" və "qamma" isə "əvvəllər dövriyyədə olan" ştamlar qrupuna daxil edib.

 

Rezonans.az-ın məlumatına görə, bu barədə ÜST-ün Cenevrədəki qərargahından bildiriblər.

 

Qeyd olunub ki, iki qrupa bölünməsi onunla bağlıdır ki, "alfa", "beta" və "qamma" ştamlarına indi olduqca nadir hallarda rast gəlinir.

 

 

"Son altı ayda narahatlıq doğuran "alfa", "beta" və "qamma" variantlarının dövriyyəsində əhəmiyyətli azalma müşahidə olunub", - deyə ÜST-nin baş qərargahı bildirib.

Xəbəri paylaş: