Yəməndə münaqişə tərəfləri arasında Ramazan ayının əvvəlindən başlayaraq iki ay müddətinə atəşkəs elan edilməsini alqışlayırıq.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Ümid edirik ki, bu müsbət addım ölkə daxilində daimi atəşkəsin və siyasi həll prosesinin əldə olunmasına təkan verəcək. Türkiyə bu prosesdə BMT-nin xüsusi nümayəndəsinin səylərini dəstəkləməyə davam edəcək. Hesab edirik ki, Yəməndəki münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri və müəyyən edilmiş beynəlxalq parametrlər çərçivəsində dialoq yolu ilə və konstitusiya legitimliyi əsasında həlli regionumuzda davamlı təhlükəsizlik və sabitliyin bərqərar olması üçün vacibdir”, - bəyanatda vurğulanıb.










