BMT sülhməramlılarını daşıyan helikopter qəzaya uğradı - Ölənlər var

img

Konqoda BMT-in sülhməramlılarına məxsus helikopter qəzaya uğrayıb.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində göyərtədə olan 8 nəfərdən heç kim sağ qalmayıb.

Onlardan 6-sı pakistanlı, biri serbiyalı, digəri isə rusdur.

Məlumata görə, qəza Şimali Kivu əyalətində helikopter yerə enərkən baş verib. Qrup Rutşuru şəhərinin cənub-şərqindəki Tşanzu bölgəsində kəşfiyyat missiyası aparırmış.

Xəbəri paylaş: