"Xəstəliklərin 25 faizdən çoxu ətraf mühitlə bağlıdır" - Komitə sədri

img

İnsanlarda baş verən bütün xəstəliklərin 25 faizdən çoxu ətraf mühitlə bağlıdır".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, havanın çirklənməsi bir neçə mənbə ilə bağlıdır: "Havanı çirkləndirən əsasən sənaye müəssisələrinin, nəqliyyat vasitələrinin artmasıdır. İnsanlar arasında baş verən ölüm hallarına səbəb olan patologiyalar arasında ilk sıralarda gələn ürək-damar və onkoloji xəstəliklərin başverməsi ətraf mühitin çirklənməsi və atmosferdə baş verən hallarla bağlıdır. Eyni zamanda bir çox xəstəliklərin yaranması digər tərəfdən su ilə bağlıdır. Dünyada içməli suya təlabat artır".

Xəbəri paylaş: