“Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb” - Rusiya KİV

img

“Rusiya sülhməramlı kontingentinin Qarabağdakı missiyası öz məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib”.

Rezonans.az xəbər verir ki, xəbər verir ki, bu barədə TASS “Krasnaya Zvezda” qəzetinə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə regionda vəziyyətin sabitləşməsinə nail olunub:

“Hazırda Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiyanın sülhməramlı missiyasının dayandırılması üçün obyektiv şərait yaranıb. Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirdi, davam edən əməliyyat öz məqsədlərinə çatdı və məntiqi nəticəyə gəldi”.

Nəşrdə qeyd olunub ki, Rusiya hərbçiləri erməni əhalisinin bölgədən Ermənistana təhlükəsiz çıxışını təmin ediblər: “Ümumilikdə 32 mini uşaq olmaqla, 100 minə yaxın mülki şəxs Rusiya helikopterləri ilə Xankəndidən Ermənistana aparılıb.

Xəbəri paylaş: