Ərdoğan ABŞ-yə səfərini təxirə salıb

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika lideri Co Baydenlə görüşməli olduğu ABŞ-yə səfərini təxirə salıb.

Rezonans.az xəbər verir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

“Türkiyə rəsmisi bildirib ki, Ərdoğan və Ağ Ev arasında mayın 9-na planlaşdırılan görüş təxirə salınıb”, - nəşr yazıb.

Qeyd edək ki, mart ayında Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən Ərdoğanın Baydenlə görüşmək niyyəti barədə məlumat yayıb.

Xəbəri paylaş: