Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi - Azərbaycan–Qazaxıstan tərəfdaşlığının bu günü və gələcəyi barədə fikirləri

img

2025-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın rəsmi informasiya agentliyi olan “Kazinform”a geniş müsahibə verib. Dövlət başçısı müsahibə zamanı Azərbaycan–Qazaxıstan münasibətlərinin siyasi, iqtisadi və humanitar aspektlərinə toxunub, eyni zamanda regional əməkdaşlıq və çağırışlarla bağlı fikirlərini bölüşüb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər yüksək səviyyədədir və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. O, iki ölkə arasında mövcud olan siyasi etimadın, tarixi və mədəni yaxınlığın qarşılıqlı əlaqələrin möhkəmlənməsində əsas rol oynadığını vurğulayıb. Azərbaycanın Qazaxıstanla bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirən Prezident, qarşılıqlı səfərlərin intensivliyini də əlaqələrin səmərəli inkişafının göstəricisi kimi dəyərləndirib. Bu müsahibə təkcə diplomatik bəyanat deyil, həm də regionun gələcək inkişaf xəritəsini müəyyən edən siyasi baxış idi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan–Qazaxıstan münasibətləri bu gün qardaşlıq, qarşılıqlı etimad və strateji həmrəyliyin ən gözəl nümunəsidir. Ortaq tariximiz, dilimiz və mədəni köklərimiz bu əlaqələrin sarsılmaz təməlini təşkil edir. Prezidentin çıxışında iqtisadi və logistik əməkdaşlıq xüsusi yer tuturdu. O qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb, qarşılıqlı investisiyalar artıb və “Orta Dəhliz” layihəsi sayəsində Azərbaycan və Qazaxıstan Avrasiya məkanında əsas tranzit və enerji qovşaqlarından birinə çevrilməkdədir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi və strateji üstünlük deməkdir. İlham Əliyev həmçinin Türk Dövlətləri Təşkilatının rolunu yüksək qiymətləndirərək bildirdi ki, bu platforma türk xalqlarının birliyini, mədəni yaxınlığını və ortaq gələcək vizyonunu təcəssüm etdirir. Prezidentin fikrincə, Azərbaycan və Qazaxıstan bu birliyin önündə dayanaraq türk dünyasının həmrəyliyinə və inkişafına böyük töhfə verirlər. Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin iki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığında mühüm yer tutduğunu bildirib. Azərbaycanın bu dəhliz çərçivəsində həyata keçirdiyi infrastruktur layihələri, tranzit imkanlarının genişləndirilməsi və yeni logistik marşrutların yaradılması istiqamətində atdığı addımlar, Qazaxıstanla əməkdaşlığı daha da dərinləşdirir. Müsahibədə ekoloji təhlükəsizlik və yaşıl enerji məsələlərinə də toxunulub. Xüsusilə Xəzər dənizinin səviyyəsinin azalması problemi dövlət başçısının diqqətində olub. Prezident İlham Əliyev qeyd edib ki, bu məsələ yalnız regional deyil, qlobal məsuliyyət tələb edən çağırışdır və birgə səylərlə həll olunmalıdır. Bu müsahibə bir daha göstərdi ki, Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bütövlükdə regionun sabitlik, tərəqqi və əməkdaşlıq siyasətinin memarıdır. Onun uzaqgörən liderliyi sayəsində Azərbaycan bu gün Cənubi Qafqazda güclü siyasi mərkəz, etibarlı tərəfdaş və strateji dayağa çevrilib.Bu müsahibəni dinləyərkən bir daha qürurla hiss etdim ki, biz elə bir liderin ardınca gedirik ki, o, yalnız bu günü deyil, Azərbaycanın gələcəyini də qardaşlıq, ədalət və güc üzərində qurur. Müsahibə zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Qazaxıstan bu təşkilatın fəal üzvləri kimi türk dünyasında inteqrasiyanın dərinləşməsində mühüm rol oynayırlar. Müsahibədə səsləndirilən fikirlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, regional sabitlik və inkişaf üçün də önəmli mesajlar verir. 

Kamran Qasımov

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: