Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

img

Londonda yerləşən hökumət binasında gizli kamera aşkar edilib.

Rezonans.az “The Independent”ə istinadla xəbər verir ki, elektron cihaz son iki ay ərzində Vestminsterdə yerləşən binanın tavan panelində tapılıb. Bildirilir ki, hadisə barədə təhlükəsizlik xidmətlərinə məlumat verilib və məsələ araşdırılır.

Məlumata əsasən, cihaz nazirlərin iş otaqlarında deyil, binanın ümumi istifadə olunan hissələrindən birində aşkarlanıb. “Marsham Street” kompleksində yerləşən bina ölkənin polis və milli təhlükəsizlik siyasətinə cavabdeh olan Daxili İşlər Nazirliyinə, eləcə də Londonda inşa edilməsi planlaşdırılan yeni Çin səfirliyi ilə bağlı qərarlar qəbul edən Mənzil, İcmalar və Yerli İdarəetmə Nazirliyinə ev sahibliyi edir.

Qeyd olunub ki, cihazın kim tərəfindən yerləşdirildiyi məlum deyil. Eyni zamanda, hadisə ilə bağlı Rusiya və ya Çin agentlərinin əlaqəli olmasına dair hər hansı məlumatın olmadığı vurğulanır.

Xəbəri paylaş: