Generalımızın adını daşıyan gəmi suya buraxılır - Foto

img

“Palmali Holdinq”ə məxsus, General Polad Həşimovun adını daşıyan 140 metr uzunluğunda nəhəng gəminin açılış mərasimi keçirilir.

Rezonans.az xəbər verir ki, generalımızın anası Səmayə Həşimova da açılışda iştirak edir.

Bir neçə dəqiqədən sonra gəmi sulara buraxılacaq.

Qeyd edək ki, M.Mənsimovun qərarı ilə bundan sonra “Palmali”nin gəmiləri Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq.

Xəbəri paylaş: