
İki əsrdən artıq müddətdə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən təcavüzkar erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyondan çox azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.
“Böyük Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqları illər boyu tarixi saxtakarlıqlara əl atmış, faktları təhrif edərək qondarma fikirlər irəli sürmüş, dünya ictimaiyyətini çaşdırmağa çalışmışlar. XIX əsrdən başlayaraq ermənilər torpaqlarımızda kütləvi şəkildə məskunlaşdırılmış, sonradan onlar tərəfindən azərbaycanlılar qədim ata – baba yurdlarından qovulmuş, soydaşlarımıza qarşı soyqırımı və deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
Şərqdə təsir dairəsini genişləndirmək, regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası hələ XVIII əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən məhz “erməni kartı”ndan siyasi alət kimi istifadə etmişdir. Kütləvi soyqırımı və deportasiyaların qanlı tarixi isə Rusiya və İran arasında gedən iki müharibənin (1804 – 1813), (1806 – 1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813 – cü il) və Türkmənçay (10 fevral 1828 – ci il) müqavilələrindən sonra başlanmışdır. Həmin müqavilələr xalqımızın tarixində faciəvi rol oynamış, Azərbaycanın parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdur. Azərbaycanın şımalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. Türkmənçay müqaviləsindən sonra imperator I Nikolay 1828 – ci il martın 21 – də İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması haqqında əmr imzalamışdır. Həmin əmrə əsasən o zaman İrəvan şəhəri də erməni vilayətinin tərkibinə daxil edilmişdir.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları I Rus inqilabı dövründə 1905 -1907 – ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki yaşayış məntəqələrini əhatə etmişdir. Yüzlərlə Azərbaycan kəndi və yaşayış məntəqələri dağıdılaraq yerlə - yeksan edilmiş, on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər ermənilərin vaxtilə yerləşdirildikləri, lakin əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını erməniləşdirmək, qeyri – insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətinin ifadəsi olmuşdur. Tarixi mənbələrə görə 1810 – cu il avqustun 2 – də rus generalı Tormosovun Bakı, Quba və Dərbənd xanlıqları üzrə müşaviri Quryevə verdiyi məlumatda bildirilirdi ki, Bakı qalası və onun ətrafında yaşayan əhalinin sayı 2235 nəfərdir. Onlardan 2154 nəfəri müsəlman, 55 nəfəri erməni, 26 nəfəri isə yəhudidir. Bakının ətrafındakı 37 kənddə isə 5387 nəfər yaşayır ki, onların da hamısı müsəlmanlardır.
Ümumiyyətlə soydaşlarımız 4 dəfə (1905 -1907), (1918 -1920), (1948-1953), (1988-1993) erməni millətçiləri tərəfindən etnik təmizləməyə və deportasiyaya məruz qalmışdır. Ermənilərin xalqımıza qarşı zaman – zaman həyata keçirdiyi soyqırım siyasətinin qurbanlarının sayı barədə bir neçə kəlmə qeyd etmək yerinə düşər. 1918 – ci il mart qırğını zamanı ermənilər 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoymuşlar. 1918 – 1920 – ci illərdə Qarabağın dağlıq və dağətəyi hissəsində 50 mindən çox soydaşımız qətlə yetirilmişdir. Yenə də həmin dövrdə erməni cəlladları Qubada minlərlə günahsız insanı xüsusi qəddarlıqla məhv etmişlər. Quba məzarlığı ilə bağlı aşkarlanmış həqiqətlər bunu deməyə əsas verir. Bundan başqa, 1988 – ci ildə erməni silahlı birləşmələri tərəfindən torpaqlarımızın 20 % - i işğal edilmiş, 10 minlərlə soydaşımız kütləvi qırğınların qurbanı olmuş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmışdır.
“Dənizdən – dənizə Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən, təcavüz siyasəti yeridən ermənilər əsrlər boyu vəhşilik, soyqırımı törətdilkəri halda özlərini belə əməllərin qurbanı kimi qələmə verməyə cəhd etmişlər. Eyni zamanda onlar onilliklər boyu müntəzəm surətdə xalqımızın tarixini kobud surətdə saxtalaşdırmış, mədəniyyətimizi, toponimlərimizi özününküləşdirmişlər.
Bəşəriyyət o zaman xoşbəxtliyə, əmin – amanlığa, sülhə, dinc yaşayışa, əsl səadətə qovuşar ki, terrorun kökünü yerli – dibli kəsə bilsin. Bunun üçün çox uzaq ölkələrdə axtarış aparmaq lazım deyildir. Terroru da, Soyqırımı da törədənlərin beşiyi, ona ilham verəni məhz Ermənistan dövlətidir, erməni siyasətçilərinin apardığı məkrli erməni siyasətidir. Şərqin böyük şairi Sədi Şirazi yazırdı:
Ermənidir yer üzünün Əhriməni,
İnsanlığın düşmənidir, düşməni!
Çox şükürlər olsun ki, 2020 – ci il sentyabrın 27 – də xalqımız, qəhrəman oğullarımız vahid yumruq halında birləşərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın Ermənistanın işğalı altında olan qədim yurd yerlərimizi, doğma Qarabağımızı azad etdilər. Bu gün həm torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu rahatdır, həm də xalqımız və onun havadarlarına öz layiqli yerini göstərmişdir. İnanırıq ki, üçrəngli bayrağımız tezliklə Xankəndində, Xocalıda da dalğalanacaq. Əminik ki, o gün uzaqda deyil.
Ölkə başçısı Prezident İlham Əliyev demişdir: “Bizim ata – baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır. Ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.
Həsənov Tofiq Məhəmməd oğlu
YAP fəalı, Yevlax şəhər Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktor müavini