Cəmiyyət

Erməni silahlıları arasında atışma, ölən var – Müdafiə Nazirliyi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Bu barədə Rezonans.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa olub. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.

İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.
Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”, – nazirlikdən bildirilib.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button