Mədəniyyət

Ağstafa Regional Mədəniyyət İdarəsi “Musiqili Eyvan” konsertlərini davam etdirir

Rezonans.az xəbər verir ki,Ağstafa Regional Mədəniyyət İdarəsi  sosial izolyasioya qaydalarının tətbiq olunduğu karantin günlərində əhalinin səmərəli istirahətini  təmin etmək məqsədilə “Musiqili Eyvan” adlı silsilə səyyari konsert proqramlarını davam etdirir. Növbəti belə konsert ötən gün Qazax rayonunun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədəki çoxmərtəbəli yaşayış binasında baş tutub. Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Qazax rayon Mədəniyyət Mərkəzi, Mərkəzi Kitabxana, 1 və 2 nömrəli Uşaq Musiqi Məktəblərinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramı bina sakinləri  tərəfindən maraqla qarşılanıb. Səslədirilən ifalar, bölgənin spesifik musiqisi olan aşıq havaları öz eyvanlarından konserti dinləyənlərin zövqünü oxşayıb, onlara maraqlı anlar bəxş edib.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button