Iqtisadiyyat

Azərbaycanda ilk dəfə Aqrar Sığorta Şirkəti yaradılıb

Azərbaycanda aqrar sığorta mexanizminin yaradılması üçün həyata keçirilən tədbirlər çərçivəsində mühüm addım atılıb. 

Rezonans.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, ilk dəfə olaraq ölkədə ixtisaslaşmış müştərək sığorta şirkəti – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb.

“Aqrar sığorta haqqında” qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur.

Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib.

Müştərək şirkətin təsisçiləri – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC,  “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nizamnamə fondu 2 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub.

Təsisçi şirkətlər aqrar sığorta sistemində vasitəçi sığorta şirkəti kimi fəaliyyət göstərəcəklər.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin yaradılmasından sonra sığorta fəaliyyəti üçün lisenziyanın əldə edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) yekun müraciət ediləcək.

Aqrar Sığorta Fondu bildirir ki, ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan digər şirkətlər də “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin fəaliyyətində iştirak edə bilər.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button