Cəmiyyət

“Bu torpağı yadellilərdən, xain gözlərdən, düşmənlərdən qorumaq lazımdır” – ƏLİ İBRAHİMOV

Vətən!
Nədir vətən? Niyə sevməliyik vətəni?
Nədir bu məfhum?
Bu qədərmi mühümdür bunu bilmək?
Yoxsa ötəri sözdür danışırlar gözdən pərdə asıb həqiqətlərin arxasında gizlənmək üçün.

Vətən anlayışı insanın yaranmasıyla meydana çıxmışdır. Belə ki, insan yaradıldıqdan sonra çoxalaraq Yer kürəsinin müxtəlif yerlərində yayılmağa başladı. Bu minvalla tayfalar, qəbilələr, millətlər, xalqlar meydana gəldi. Daha sonra ortaya çıxan bu xalqların özünəməxsus daimi yaşayış yeri, danışıq dilləri, adət-ənənələri və s. ortaya çıxdı. Beləliklə vaxt, zaman keçdikcə bu xalqlar böyüməyə başladı, hərəsi bir-birindən müəyyən məsələlərdə fərqlənməyə başladılar. Nəticədə bu toplumlar öz məskunlaşdıqları, böyüyüb boya-başa çatdıqları yerləri vətən adlandırmağa başladı. Əlbəttə ki, bu çox məsuliyyətli bir addım idi. Çünki əgər bir xalqın, millətin vətəni müəyyən olundusa, bundan sonra bu torpaqda yaşamağın məsuliyyəti birə-beş artacaqdı. Belə ki, bu torpağı yadellilərdən, xain gözlərdən, düşmənlərdən qorumaq – bu cəmiyyətin vətəndaşlarının boynuna düşəcəkdi. Əks halda onlar düşmən tərəfindən daim təhdid və təzyiqlərə, işğallara məruz qalacaqlardı. Bir sözlə, hər bir toplum öz qayda-qanunları çərçivəsində yaşamalı, digər toplumlarla xoş münasibət qurmalı, başqasının haqqını qəsb etməməli, onların nailiyyətlərinə paxıllıq etməməli, bir-birləriylə dost-qardaş münsibətləri şəraitində həyatlarını davam etdirməliydi.

Təəssüflər olsun ki, tarixdə bu deyilənlərə lazımi qədər əməl olunmadı. Zaman-zaman ölkələr arasında torpaq uğrunda müharibələr oldu, qanlar töküldü. Hətta bu məsələ günümüzə qədər gəlib çıxdı. Hər birimizin borcudur ki olanları unutmayaq, unutdurmayaq və ən əsas öz haqqımızı nankorlara yedirtməyək!

Əli İbrahimov

Hüquqşunas

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button