Cəmiyyət

Covid 19-la kimlər, necə və harada mübarizə aparırlar? FAKT

 

Rezonans.az-ın məlumatına görə Arazmedia.az-ın redaksiyasına Sabirabad rayon sakini Anar Həsənov  (ad şərtidir) müraciət edərək, TƏBİB və Səhiyyə Nazirliyindən şikayət etmiş, redaksiyamız vasitəsiylə məsələni ictimailəşdirməyi, bu yolla da ölkə rəhbərliyinə çatdırmağı xahiş etmişdir.

Problem odur ki, şikayətçinin anası Həsənova Sədaqət Rəhman qızına (ad şərtidir) Sabirabad Rayon Mərkəzi Xəstəxanasında “covid 19” diaqnozu qoyulub. Xəstənin səhhətinin çox ağır olduğunu görən xəstənin övladı onu, 20 noyabr 2020-də müalicə olunması üçün, “paytaxt” Bakı şəhərinə gətirib.

Elə haqlı narazılıq da məhz buradan başlayıb…

 

Belə ki, nə xəstəxanalar, nə təcili tibbi yardım stansiyaları təəssüf ki, xəstəni qəbul etməmişdir.

Daxil olan şikayəti redaksiya olaraq araşdırdıq. Çalışdıq ki, xəstə vətəndaşa kömək edək. Bu məqsədlə jurnalistika etikasına uyğun olaraq, adıkeçən qurumların İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbərləri ilə əlaqə saxladıq.

Lakin həmişəki kimi, gözlədiyimiz münasibətlə qarşılaşdıq.

TƏBİB-nin yeni şöbə müdiri Elnarə xanım məsuliyyəti Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin rəsmisi Elvin bəy isə, TƏBİB-nin üzərinə atdı.

Çıxılmaz vəziyyətdə qalan oğul Anar, avtomobildə boğula-boğula qalan xəstə anasını, ağır vəziyyətdə Sabirabada evinə qaytarmağa məcbur olub.

Suallar meydana çıxır. Bəs görəsən, bu qadağaları kimlər tətbiq edir? Görəsən, prezident İlham Əliyevin “tez-bazar” inşa etdirdiyi bu modul tipli xəstəxanalarda kimlər müalicə alır? Xəstəliyin amansızlığl barədə televiziya kanallarında bar-bar bağıranlar hara baxırlar?

Görəsən, prezident cənab İlham Əliyevin bu “müalicə metodundan” xəbəri varmı?

Xəstəlik yoxdursa, qoyulan məhdudiyyətləri niyə aradan qaldırmırlar? Yox, əgər həqiqətən xəstəlik tüğyan edirsə, nə üçün şəxsi vəsaitiylə neçə yüz kilometr yol qət edib, Bakıya gələn xəstəni qəbul etmir, ortalıqda qoyur, ağır vəziyyətdə geri qayıtmağa məcbur edirlər?

Adıkeçən qurumların adekvat, arqumentləri olarsa, dərhal dərc etməyə hazırıq.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button