Cəmiyyət

Əsl vətənpərvər BAZAR GÜNÜ də işləyir – FOTO

“Araz Media” Qrupu olaraq şüarımız “Dövlətçiliyə Sadiq Olaq!”-dır. Bu sloqan canımızda, qanımızda olduğundan tez-tez Şəhidlər xiyabanına üz tuturuq. Bu dəfə də, yolumu vətənimizin bütövlüyü uğrunda Şəhid olan qardaşlarımızı ziyarət məqsədiylə Şirvan şəhər Şəhidlər xiyabanından saldım. Şəhərin girişində yerləşən xiyabana daxil olarkən, dəfələrlə gəldiyim yer olduğu üçün köklü dəyişikliklər gözümdən qaçmadı. Xiyabanı  əhatə edən divarlar suvanır, Vətən müharibəsində Şəhid olmuş qardaşlarımızın qəbir üstü abidələri düzəldilir, sinə və baş daşları hazırlanır, bütün ərazidə təmir tikinti işləri aparılırdı. Fəhlə və ustalar böyük ruh yüksəkliyi ilə çalışırdılar.

Diqqətimi çəkən əsas məsələ o oldu ki, bütün bu işlərə  xiyabanın içində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov şəxsən başçılıq edirdi. İstirahət günü olsa da, vətəni uğrunda canından keçən Şəhidlərə xidmət edirdi İlqar müəllim. Doğrusu icra başçılarının mühafizə ilə gəzdiyini dəfələrlə gördüyümə görə şaşırdım, gözlərimə inanmadım. Soruşdum doğrudan başçıdır o, mənə göstərdiyiniz şəxs? ÖyRəşmədiyim, rastlaşmadığım bir vəziyyət idi,ətrafda polis yox, mühafizə yox, icra hakimiyyətinin bir neçə işçiləri və işgüzar başçı…

Bu sadə insana yaxınlaşıb şəklini çəkməyə icazə istəməyə belə utandım. Üzüm gəlmədi. Çünki istirahət gününü Şəhidlərə xidmət edən insan çətin icazə verərdi buna. Elə bildim  mənə deyər ki, “vaxtımı alma, qoy işimi görüm. Bu bazar günü burada şəkil çəkdirməyə gəlməmişəm”.

Hər kəs gözəl bilir ki, “Araz Media” Qrupunun Allahdan və Dövlətdən başqa, heç kimin qarşısında öhdəliyi yoxdur. Ona görə də məddahlar, düşünməsinlər ki, icra başçısını tərifləyirik.

Bu qətiyyən belə deyil. Uzun illər dövlətçilik təcrübəsi olan bu şəxsiyyətin heç bir tərifə ehtiyacı yoxdur və bəlkə də, gördüklərimizi qələmə aldığımıza görə, redaksiyamıza öz iradlarını bildirəcək bu sadə insan.

Bunu da göz önünə aldıq.

Təki bütün başçılar onun kimi sadə, səmimi, işgüzar olsunlar və həqiqəti yazdığımıza görə bizi qınasınlar…

Hələ Şəhidlər Xiyabanında gördüklərimin təəssuratlarından ayrılmamış, şəhərə getdikcə daha çox abadlıq işlərinin şahidi oldum və yaxşı mənada şoka düşdüm.

Belə ki, əvvəllər şəhərlə Şəhidlər Xiyabanı arasındakı müəyyən məsafədə insanlar avtomobil yolu ilə getdiklərinə görə, qəzalar qaçılmaz olurdu, insanlar vurulurdu. İndi isə, avtomobil yolunun kənarındakı ağacların arxası ilə piyada yolunun (səkinin) salınmasının bitmək üzrə olduğunu gördüm.
Bir sözlə, hara getdimsə, köhnə gördüyüm yerlərin yeniləndiyinin şahidi oldum..

Sonda cənab İlqar Abbasovdan üzr istəyirəm ki, arzulamadığı halda, nəini arzulamadığı hətta qarşı olduğu halda onun gördüyü işləri işıqlandırdım.

 

Zaur Talıblı (Sarıyev),

Xüsusi olaraq, Arazmedia.az üçün

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button