
Vətən müharibəsində öz canlarını qurban verərək şəhid olmuş Qəbələnin qəhrəman oğullarından biri, Yengicə kənd sakini Səmədli Vüqar Vaqif oğlunun doğum günü münasibətilə Qəbələ rayon Icra hakimiyyətinin, rayon təhsil şöbəsinin, rayon gənclər və idman idarəsinin əməkdaşları, şəhidin ailə üzvləri və təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət ediblər.
Rezonans.az-ın məlumatına görə Vüqar Səmədlinin xatirəsi sonsuz ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Göstərilən yüksək diqqət və qayğıya görə şəhidin valideynləri ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.