Hadisə

Kiyevin mərkəzində bir piyadanın ölümü ilə nəticələnən qəzada sürücü nəzarətə alındı

 

Piyadaya ölümcül zərbə vurmaqda şübhəli bilinən Hyundai avtomobilinin sürücüsü, Azərbaycan vətəndaşı Abdulla Əzizliyə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçildi.
Bu qərar Kiyevin Pecersk Rayon Məhkəməsi tərəfindən 20 Fevral 2021 şənbə günü qəbul edildi.

Şübhəli şəxs Ukrayna Cinayət Məcəlləsinin 121.-2 maddəsi ilə ittiham olunur.

( Maddə 121. Qəsdən ağır bədən xəsarəti )

(-2. Xüsusi işgəncə xarakteri daşıyan və ya bir qrup şəxs tərəfindən törədilən, habelə xüsusi əzab və ya digər şəxsləri qorxutmaq məqsədi ilə, ya da irqi, milli və ya dini səbəbləri ilə qəsdən ağır bədən xəsarəti və ya əmrlə törədilmiş və ölümü ilə nəticələnmiş).

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, 2021-ci il fevralın 19-da Kiyevin Pecersk rayonu ərazisindəki Memarliq Gorodetsky küçəsində yolu keçən piyada ilə Hyundai sürücüsü arasında kortəbii toqquşma baş vermişdi.

Söz qarşıdurma nəticəsində Hyundai sürücüsü avtomobildən cıxaraq piyadaya bir neçə zərbə endirib, zərbədən yıxılan piyada daha sonra hadisə yerində olüb.

1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan “Hyundai” avtomobilin sürücüsü qısa müddətdə polis tərəfindən saxlanılıb

Hazırda cinayət işi üzrə istintaq işləri davam etdirilir.

“Analitik və İnformasiya Platforması” Təşkilatın sədri,
Hüquqşünas Qulu İbrahimov.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button