
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şəki Regional Mərkəzinin təşəbbüsü ilə keçirilən Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Tarixin Xocalı xəcaləti” adlı videokonfrans keçirilib.
Rezonans.az-ın məlumatına görə Mingəçevir və Şəki şəhərlərinin, Qəbələ, Balakən, Qax, Zaqatala, İsmayıllı rayonlarının Heydər Əliyev Mərkəzlərinin əməkdaşları videokonfransda iştirak ediblər.
Videokonfransda Qəbələ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Kəmalə Qasımova və Sədayə Nəzirova çıxış etmişdir.