Cəmiyyət

Binəqədidə əhali yolun yararsız olmasından narahatdırlar – ŞIKAYƏT(FOTO)

Binəqədi rayonunda yaşayan bir bir qrup əhali redaksiyamıza şikayət məktubu yollayaraq yaşadıqları küçənin neçə illərdi baxımsız, yararsız vəziyyətdə olması ilə əlaqədar aidiyyatı üzrə problemin işıqlandırılmasını xahiş ediblər.

Rezonans.az xəbər verir ki, redaksiyamıza daxil olan şikayət məktubunda bildirilib ki, Binəqədi, Biləcəri yolu “Davud Market”-ə çatmamış “Ağsu Kafesi”-nin yaxınlığında olan 2 km-lik küçə yolunun əhalinin gedib-gəlişində problem yaradan yararsız, baxımsız vəziyyətdə olmasından əziyyət çəkirlər.
Dəfələrlə aidiyyatı orqanlara məlumat verərək şikayət etsələrdə, bu günə günə qədər olan yol problemləri həll edilməmişdir.
Dəyişən hava şəraitində yağışlı, qarlı olan günlərdə yoldan istifadə üçün çətinlik çəkilərək “bataqlıq” yarandığını qeyd ediblər.

Jurnalist peşə fəaliyyətinə uyğun olaraq aidiyyatı məsələ ilə bağlı Binəqədi rayon Icra Hakimiyyəti ilə əlaqə saxlayaraq problemi rəhbərliyə çatdıraraq aidiyyatı üzrə köməklik edərək yararsız olan yolun yenidən bərpası üçün həlli istiqamətində köməklik olunmasını bildirsəkdə, qarşı tərəfdən “məlumat üçün qeyd edək ki, qeyd etdiyiniz ünvan da daxil olmaqla, Biləcəri qəsəbəsində olan qəsəbə və məhəllə daxili təmirə ehtiyac olan yollar dövlət planına salınıb. “Azəravtoyol” ASC tərəfindən tədbirlər planına uyğun olaraq mərhələli şəkildə həmin küçələrin, yolların təmir işləri həyata keçiriləcəkdir”- deyə bildirilib.

Əminik ki, zavallı sakinlərin tezliklə bataqlıq dolu yollardan istifadəsinə son qoyulacaq müasir yolla təmin edilərək yenidən bərpa ediləcəkdir.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button