Siyasət

“Ukrayna hər cür təxribata cavab verməyə hazırdır” – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı Donbasda “əzələ nümayişində” günahlandırıb.

 

Rezonans.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.

 

Dövlət başçısı bəyan edib ki, Donbasda münaqişə vəziyyəti kəskinləşib. Onun fikrincə, Rusiya danışıqlarda təzyiq atmosferi yaradır: “Hərbi təlimlər və sərhəd boyunca mümkün təxribatlar formatında olan əzələ oyunu Rusiyada ənənəvi bir haldır”.

 

Bundan başqa, Zelenski Ukraynanın hər cür təxribata cavab verməyə hazır olduğunu əlavə edib.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button