Cəmiyyət

“Narkomaniya ilə mübarizənin proflaftikası” adlı tədbir keçirilib

 Yevlax şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Yevlax Gənclər Evi” sosial xidmət müəssisəsinin iclas zalında karantin qaydaları şərtlərinə əməl etməklə “Narkomaniya ilə mübarizənin Proflaftikası” adlı tədbir keçirilmişdir.

Rezonans.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev tədbir iştirakçılarını salamlamış, narkotik vasitələrin gənclərin həyatına mənfi təsirlərindən danışmış, gələcəyimiz olan gənclərin bu bəlalardan xilas olması üçün sağlam düşüncəli gənclərin səfərbər olmalarının vacibliyini qeyd etmişdir. Çıxış edən natiq Yevlax Şəhər Gənclər və İdman İdarəsinin bu sahədə icra etdiyi maarifləndirici tədbirlərdən danışmış, gələcək fəaliyyətlərində narkomaniyayla mübarizə sahəsində tədbirlərin icrasının prioritet olcağını vurğulamışdır.

Daha sonra çıxış edən həkim, nevropotoloq Saleh Səfərov narkotik vasitələrin insan səhətində və gələcək həyatında yaradacağı problemlərdən danışmış, gəncləri, cəmiyyətimizi bu bələdan qorumaq üçün hamının birgə təbliğat, mübarizə aparmasını vurğulamışdır.

Sonra çıxış edən Yevlax rayon  Polis şöbəsinin əməkdaşı, polis mayoru Fariz Mədətov Yevlax polis şöbəsinin əsrin bəlasına çevrilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinin qarşısının alınması məqsədi ilə Yevlax rayon polis şöbəsinin icra etdiyi tədbirlərdən danışmışdır. Yeniyetmə və gəncləri bu bəladan qorumaq üçün valideyn, məktəb, ictimaiət və hüquq-mühafizə orqanlarının birgə fəaliyyət göstərmələrinin vacibliyini vurğulamış, mətbuat vasitəsi ilə mübarizə və maarifləndirmə tədbirlərinin vacibliyini qeyd etmişdir.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev çıxışında qeyd etdi ki, narkomaniyayla mübarizə tədbirləri çərçivəsində əyani təbliğatın vasitələrindən istifadə vacibdir və bu məqsədlə  maarifləndirici buklet və broşurların çap edilərək paylanmasını, videoçarxlar hazırlayaraq şəhərdə mövcud olan manitorlar vasitəsi ilə nümayiş etdirilməsi məqsədə müvafiqdir.

Yevlax Şəhər  Gənclər və İdman İdarəsinin rəis müavini Samir Kərimov çıxış edənlərin bu sahədə söylədyi fikirləri, irəli sürdüyü təklifləri müsbət qiymətlədirdi və bundan sonrada idarənin aparacağı maarifləndirmə tədbirlərində nəzərə alacaqlarını bildirdi. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandrılmış, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button