İntensiv yağışlarla əlaqədar su basmış ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən Rezonans.az-a bildiriblər ki, görülmüş tədbirlər nəticəsində 36-sı azyaşlı olmaqla, ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.









