Cəmiyyət

45 kiloqramlıq adam ancaq ürəkdən ibarət imiş

Dünən sosial şəbəkədə diqqətimi çəkən bir status gördüm,Allahyar müəllim hadisəni elə təsvir etmişdi ki,fikirləşdik oxucularımız da görsünlər vətəndaşın təmənnasız fədakar hərəkətini.

 

Allahyar Eyyubovun yazdığını olduğu kimi təqdim edirik:
“Dùnen Xezer çox ecaib, çox hirsli idi… Adetimiz ùzre işden sonra havadan asili olmayaraq ya Novxaniya, ya da Pirşaģiya gedirik. Dùnen Pişaģiya getdik Memmed mùellimle. Deniz dalģali ve bulaniq idi, qaraya çalirdi rengi. Bir az voleybol oynadiq ve qumun ùstüne oturub yolda aldiqlarimizdan yemek istedik. Sahilde 3-4 aile vardi: lap balacalar​ qumun ùstùnde oynayir, 7-9 yaşlarinda iki oglan uşagi ise dalğalarla oynaşirdilar. 3-4 fehle kasib çimerliyin kùlek dağitdiģi kòlgeliklerini qaytarib yerine basdirmaqla meşģul idiler. Birden fehlelerden birinin denize teref götürüldüyünü gördüm ve denize baxdim: 8-9 yaşlarinda olan oģlan batirdi denizde, qara dalģalar, qişqirsa da, sesi sahile çatmayan​ kòrpeni derinliklere doģru çekirdi, aynen qara ejdaha sayaģi. Elimdeki kolbasa-çoreyi, eynimdeki kòyneyi hara atdiģimi bilmirem, gozùmù açanda özümü tovşumekden tenginefes olmuş çelimsiz fehlenin ve boģulmaqda olan uşaģin yaninda gördüm. O fehle özū ele uşaqdan​ bir az iri idi. 40-45 kiloluq bu insan ancaq ùrekden ibaret imiş, zalim oģlu…

Menim yetişmeyim onu üreklendirse de, amansiz, vahimeli qara dalģalar uşaģi qucaģina almiş bu ariq, amma böyük urek sahibini de tentidib boģurdu. Ikisini de qucaqladim ve uşaģi aldim. Özùnù yetiren Memmed mùellim de kòmeyimize çatdi. Ne ise ùşaq xilas oldu… meni iki şey dehşete getirdi: 1. Boģulan uşaģin sahildeki anasinin ve nenesinin soyuqqanliligi, 2. Bir gözū qusurlu (aģ düşmüş), 40-45 kilo čekisi, 60-a yaxin yaşi olan (aģzinda birce diş görünürdü. o insanin üreyinin, cesaretinin böyüklüyü… Qarabaģi da bu gùn qedir-qiymeti bilinmeyen, yari ac, yari tox​ büyümüş bele kasib balalari temizledi ermeni zibillerden… Ne ise… Dünenden bu hadisenin tesiri altindayam: birleşib bir kòrpeni batmaģa qoymadiq. Bir aileye düşecek odu sòndùrdùk… Kùrùn ùstùnde boyumuşem. Ùzmeyi, su ile dostluģu da Kùrde òyrenmişem. Hetta 17-18 yaşim olardi Kùrde çimerken 7-8 yaşalarinda Ilqar adli bir yetim uşagi son anda​ xilas etmişdim ve xatirlayiram ki, o zaman az qalmişdi​ òzùm de​ boģulam… Ķurùn “Deli Kùr”, “Qanli Kùr” olduģunu hami bilir. Amma, sen deme, Xezer ondan da qanli imiş… Kùr kimi Xezer de zarafati sevmir…​ O qeder heyecanlanmişdim ki, o igid qardaşin kimliyini soruşa bilmədim və növbəti gün gedib görüşdüm siz də tanış olun o 45kiloqramlıq ürək Əliyev Vilayət Məhəmməd oğludur..”

 

 

Zaur Sarıyev

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button