Cəmiyyət

Tokio-2020: Bayraqdarımız da mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 6 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə start verəcək.

 

Rezonans.az xəbər verir ki, növbəti yarış günündə ilk olaraq Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayacaq.

Daha sonra 4 paracüdoçu tatamiyə çıxacaq. Kişilərin yarışında Vüqar Şirinli (60 kq) Henri Borges (Uruqvay) / Recep Çiftçi (Türkiyə), Namiq Abaslı Bannon İbanes (İspaniya) / Luis Peres (Puerto-Riko) cütünün qalibi ilə üz-üzə gələcək. Qadınlardan Şəhanə Hacıyeva (48 kq) yaponiyalı Şuzika Hanqainin Bəsti Səfərova (52 kq) isə onun həmyerlisi Yui Fucivaranın müqavimətini qırmağa çalışacaq.

Son olaraq isə Azərbaycan komandasının bayraqdarı para-atlet Oloxan Musayev nüvə itələmə növündə mübarizə aparacaq.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button