Cəmiyyət

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dekorativ-tətbiqi sənət dərnəyi (Sanama tikiş növü üzrə) uğurla başa çatıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dekorativ-tətbiqi sənət dərnəyi (Sanama tikiş növü üzrə) uğurla başa çatmışdır.

Rezonans.az xəbər verir ki, tədbirdə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev mərkəzin fəaliyyəti, müxtəlif istiqamətlərdə dərnəklərin təşkilinin əhəmiyyətini bildirərək, əməyi keçən hər kəsə təşəkkürünü bildirib, uğurlu nəticə göstərərək sertifikata layiq görülən dərnək iştirakçılarını təbrik etmişdir.

Daha sonra çıxış edənlər Təhsil Mərkəzi tərəfindən ödənişsiz şəkildə həyata keçirilən dərnəkdə iştirakçıların Sanama tikiş növünün incəliklərini öyrənmələrindən, gənc və yeniyetmələrin asudə vaxtının səmərəli keçirilməsində əhəmiyyətindən danışıblar, belə fəaliyyətlərin təşkilinin dekorativ-tətbiqi sənətin öyrənilməsi və təbliğində xüsusi rolunu vurğulayıblar.

Sonda dərnəyi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib və dərnək iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button