Cəmiyyət

Vətən müharibəsi iştirakçılarının və qazilərinin bir qrupu ilə görüş keçirilib – FOTOLAR

Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəhbərləri ilə Vətən müharibəsi iştirakçılarının və qazilərinin bir qrupunun görüşü keçirilib.

 

Rezonans.az xəbər verir ki, qəbul zamanı qazilər və müharibə iştirakçıları dinlənilmiş, mövcud problemlər müzakirə edilmiş və qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll edilmiş, digərlərinin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Görüşdə iştirak edən qazilər və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button