Siyasət

Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Makedoniyaya başsağlığı verib.

Rezonans.az xəbər verir ki, XİN-in tviter paylaşımında deyilir:

“Bolqarıstanın qərbində magistral yolda avtobusun qəzaya uğraması nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlər olmaqla onlarla insanın həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Faciəli qəzada həlak olanların ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, Bolqarıstanda avtobusun yanması nəticəsində 12-si uşaq olmaqla 46 nəfər Şimali Makedoniya vətəndaşı həlak olub.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button