Cəmiyyət

Rauf Bayrambəyli: “Türkün ədaləti, yəhudinin zəkası, yeni dünya nizamının təməl prinsipləridir”

İsrail Azərbaycan Gənclər Birliyi iki ölkə arasında olan münasibətlərin daha da möhkəmlənməsinə və daha da yüksək səviyyə yə çatdırılmasına xidmət edir. Məqsədimiz tarix boyu yəhudi milləti ilə Azərbaycan millətinin necə bir yerdə qardaşlıq münasibətləri əsasında yaşamağını bəzi soydaşlarımıza, gənclərimizə maarifləndirici tədbirlər həyata keçirərək izah etməkdir.

Bu fikirləri Rezonans.az-a açıqlmasında  İsrail – Azərbaycan Gənclər Birliyini sədri Rauf Bayrambəyli səsləndirib.

O qeyd edib ki, bizim ən əsas məqsədlərdən biri digər millətlər tərəfindən və ölkələr tərəfindən atılan hər bir şər-böhtana qarşı müqavimət sistemi yaratmaq. Biz tam bir ictimai birliyik, siyasi arenada heç bir fəaliyyət göstərmirik. Bizim məqsədimiz Azərbaycanda ivrit dili kursları yaratmaq, eləcə də İsraildə Azərbaycan dili kursları yaratmaq, ölkəmizdə İsrail Günü tədbirləri keçirməkdi.

Bizim soykökümüzlə yəhudilər və bizimlə eyni kökə malik olmağımız və yaxud eyni kökdə lap qədim zamandan bəri yaxın olmağımıza səbəb Xəzər Türkləridi.

“Türkün ədaləti, yəhudinin zəkası, yeni dünya nizamının təməl prinsipləridir”

44 günlük Vətən Müharibəsində İsrailin bizə olan mənəvi dəstəyi dostluq sədaqətinin bariz nümunəsidir.
İsrail – Azərbaycan Gənclər Birliyinin hələ ki, 300-ə yaxın tanınmış ziyalılardan ibarət üzvü var.

Hər birimiz Azərbaycan dövlətinin mənafeyi üçün çalışmalı və Azərbaycan dövlətinə xidmət etməliyik.

 

Sahilə Abdullayeva

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button