Cəmiyyət

BDU-nun rektoru Tələbə Nəzarət Qrupunun üzvləri ilə görüşüb

İyunun 10-da Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə universitetin Tələbə Nəzarət Qrupunun üzvləri arasında onlayn görüş keçirilib.

BDU-dan Rezonans.az-a bildirilib ki, rektor qrupun üzvlərinə böyük etimad göstərildiyini qeyd edərək onların universitetdə imtahan sessiyasının gedişi, tələbələrin imtahanlara hazırlığı, qiymətləndirmə prosesi və s. haqqında öz münasibətlərini, fikir və mülahizələrini bildirmələrinin vacib olduğunu, mövcud problemlərin birlikdə aradan qaldırılması üçün təkliflərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tələbə Nəzarət Qrupunun üzvləri iyunun 8-dən başlayaraq keçirilən imtahan sessiyasına tələbələrin aktiv qoşulduğunu, imtahan prosesində şəffaflığın təmin olunduğunu bildiriblər. Çıxışlarda BDU Elmi Şurasının imtahan sessiyasının təşkili haqqında qərarının tələbələr tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul olunduğu və yaradılmış şəraitin onlarda stimul yaratdığı qeyd olunub. Daha sonra qrupun üzvləri imtahan sessiyasının işinin yüksəldilməsi üçün öz təkliflərini irəli sürərək, tələbələrin istək və arzularını rektora çatdırıb, təkliflər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, BDU Tələbə Nəzarət Qrupu tələbələri onlayn mühazirələrdə fəal iştiraka təşviq etmək, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə yaradılıb. BDU Tələbə Nəzarət Qrupuna Universitetin tələbə təşkilatlarının – Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) və BDU Könüllüləri qrupunun nümayəndələri daxildir.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button