Siyasət

Avropa Parlamentindən Rusiyaya sanksiya çağırışı

Avropa Parlamenti (AP) Avropa İttifaqını (Aİ) Rusiyaya sanksiyalar tətbiq etməyə çağırıb.

 

Rezonans.az Rusiya mediasına istinadən xəbər verir ki, AP-nin yeni qətnamə layihəsində korrupsiya cinayətlərinə görə Avropa sanksiya rejimi tətbiq etmək və buraya rus oliqarxlarını daxil etmək tövsiyə olunur. Bildirilir ki, Avropa Parlamentinin qərarı məcburi deyil, ancaq Aİ ölkələri üçün bir tövsiyədir.

 

Qeyd edək ki, qərar layihəsində, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olarsa, Rusiya rəsmilərinə yaxın oliqarxların və ailə üzvlərinin Aİ-dəki hesablarının dondurulması, vizaların ləğv edilməsi də yer alıb.

 

Qeyd edək ki, layihə sabah AP-nin plenar iclasının nəticələrinə əsasən qəbul ediləcək.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button