Cəmiyyət

Beynəlxalq Konqresdə Naxçıvana aid məruzə təqdim edildi

2 may 2021-ci ildə Naxçıvan Universiteti, İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu  (İKSAD) və Əl-Fərabi Sosial elmlər Beynəlxalq Jurnalı (Al-Farabi İJSS) əməkdaşlarının təşkilatçılığı ilə ZOOM platforması üzrə IX Beynəlxalq Əl-Fərabi Sosial Elmlər konqresi keçirilmişdir.

Rezonans.az xəbər verir ki, müxtəlif ixtisaslar üzrə 100-dən artıq alim və mütəxəssislərin (Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Malaziya, Hindistan, Nigeriya, Pakistan və d.) məruzə etdiyi konqresdə t.ü.e.d., professor Abbas Seyidov və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova məruzə ediblər.

“Turakinə xatun dövründə Naxçıvan və Kiranda zərb edilən gümüş dirhəmlər (muzey materialları əsasında)” adlı məruzədə mövcud numizmatik və arxeoloji tapıntılara əsasən XIII əsrdə Naxçıvanda pul təsərrüfatı, ictimai-siyasi vəziyyət və digər məsələlər barədə məlumat verilmişdir. 

Məruzəyə müvafiq elektron prezentasiyada hicri 642 = 1244-1245-ci ilin Naxçıvan və Kiran gümüş dirhəmləri, həmçinin t.ü.e.d., professor Abbas Seyidovun Monqolustana olan elmi səfəri zamanı qeydə alınmış fotolar (Çingizilərin orta əsr yaşayış yeri, Çingiz xan taxtı, dövrün tapıntılarının qorunduğu muzeylər və d.) təqdim edilmişdir.           

Konqres məruzələrinin impakt faktorlu məqalələr toplusunda nəşr edilməsi nəzərdə tutulmuşdur.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button