Cəmiyyət

Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turniri keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 – ci ildönümü ilə əlaqədar Yevlax rayonunda silsilə tədbirlərin keçirilməsi planlaşdırılmışdır.

Tədbirlər çərçivəsində  Yevlax  Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında 3 may 2021-ci il tarixdə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

Rezonans.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Rəşad Bəhmənli ilk olaraq Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edərək, idmançılara uğurlar arzuladı. Rayon birinciliyinə qoşulan şahmatçılara uğurlar diləyən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov qeyd etdi ki, müasir Azərbaycan Respublikasının qurucusu və memarı Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini istedadlı, savadlı yeniyetmə və gənclərdə görürdü. Ulu öndərin əziz xatirəsinə həsr olunmuş bu günki turnir məhz yeniyetmə və gənclərin bacarıq və istedadlarını üzə çıxarmaq, elmə, biliyə marağını artırmaq, onları ümummilli liderin irsinə sadiqlik ruhunda tərbiyə etmək  məqsədi daşıyır.

      Tədbirdə çıxış edənlər,  Şəhər icra hakimiyyəti başçısının müavini Elnarə Əzizova, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, Təhsil şöbəsinin müdiri Namidə Abbasova, YAP Yevlax rayon təşkilatının sədr müavini Vahid Quliyev ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışdılar, onun əbədiyaşar siyasətinin bu gündə möhtərəm Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusilə vurğuladılar.  

      Sonra Şəhər birinciliyinə satrt verildi. Turnirə qoşulan 16 şahmatçı arasında ən bacarıqlılar; Elçin Ağayev I , Ziya Əlibəyli II , Namiq Varşabov III yeri tutaraq turnirin qalibi oldular.

       Qalib şahmatçılara fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

 

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button