Cəmiyyət

“Karyera və iş yarmarkası” keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində “Karyera və iş yarmarkası” keçirilib.
Rezonans.az xəbər verir ki, “Karyera və iş yarmarkası”ını giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev açaraq, tədbirin məqsədinin işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təminatı, turizm müəssisələrinə gənc və peşə təhsilli peşəkarları tanımağa, potensial işçiləri tapmağa, həmçinin gənclərə iş əldə etmək imkanı daşıdığını bildirib. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Ramil Qəribov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Qəbələ-Oğuz rayonları üzrə nümayəndəsi (KOB Dostu) Ruslan Qarayev, Dövlət Məşğulluq Agentliyiin 11 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Emil Bədəlov, Gabala Hospitality Groupun məsul nümayəndəsi Babək Müzəffərov, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov, Qəbələ Gənclər İdman İdarəsinin rəisi Fəxri Soltanov ölkədə aparılan sosial-iqtisadi inkişaf, əhaliyə göstərilən dövlət dəstək mexanizmlər və proqramlar haqqında geniş məlumat veriblər.
“Karyera və iş yarmarkası”na rayonda fəaliyyət göstərən 9 turzim müəssisəsidən 225 boş iş yeri çıxarılıb. Yarmarkada Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunun 250–dən artıq tələbəsi və digər işaxtaran vətəndaşlar iştirak ediblər. Ümumilikdə 132 nəfər müxtəlif peşə və ixtisas sahibinin CV-ləri qəbul edilib. Digər iştirakçılara əmək bazarında lazım olan bacarıqlar üzrə təlimatlar verilib, həmçinin öz karyera hədəflərini təyin etməyə köməklik göstərilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərə, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün təlimatlar veriblər.
Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil edilib.
Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button