Cəmiyyət

Baş Prokurorluqdan TƏBİB-in xəstəxanlarında aşkarlanan nöqsanlarla bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunduğundan toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Rezonans.az -ın  sorğusuna cavab olaraq bildirilib ki, həmin materiallar ərazi aidiyyəti üzrə müvafiq rayon Prokurorluqlarına göndərilib.

“Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, – Mətbuat xidmətindən bildirilib.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button