Cəmiyyət

Beynəlxalq hüquq subyektinin müharibə cinayəti məsuliyyəti

Rezonans.az -ın məlumatına görə bunu AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Zaur Adıgözəlov bildirib.
O qeyd edib ki, Cenevrə konvensiyalarına 1977-ci və 2005-ci illərdə üç protokol əlavə olunub. Silahlı münaqişələr hüququ kimi tanınan beynəlxalq humanitar hüquq da öz növbəsində iki qola ayrılır ki, bunlar Cenevrə hüququ və Haaqa hüququdur. Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarına bilavasitə qatılmayan şəxslərin, yəni, mülki əhalinin mühafizəsinə yönəlir. Haaqa hüququ isə hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır.
Z.Adıgözəlov diqqətə çatdırıb ki, öz prinsipləri ilə beynəlxalq hüququ yaradan Birləşmiş Millətlər Təşkilatının da prioritet istiqamətlərindən biri məhz minalarla mübarizədir. 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvləri tərəfindən 2365 saylı qətnamə qəbul edilib və bu zaman üzv dövlətlər minaya qarşı mübarizədə öhdəliklərinə bir daha hörmət etməyə çağırılıb. Qətnamənin mətnində bildirilir: “Bütün tərəflər beynəlxalq humanitar hüquqa zidd olan partlayıcı qurğuların istifadəsinə dərhal və qəti şəkildə son qoymalıdırlar”.
Vurğulanıb ki, hazırda beynəlxalq hüququn subyekti kimi Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üzləşib və bu, münaqişədən sonrakı dövrdə həm döyüşdə iştirak etməyən hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olub. Hətta Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra geri çəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər çox ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün həmin ərazilərdə bilərəkdən kütləvi şəkildə minalar yerləşdirib. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli Bəyanat imzalandığı vaxtdan bu günədək Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq, minalanmış ərazilərin yeri barədə məlumatı təqdim etməkdən boyun qaçırır. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Ermənistanın bu davranışı həm də regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqdır.
“Bir sözlə, 30 il Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması, mülki şəxslərin öldürülməsi faktları kimi, Ermənistanın kapitulyasiyası da müharibə cinayətləri ilə bağlı beynəlxalq hüquqi məsuliyyət yaradıb. Beynəlxalq hüquqi məsuliyyət – mütləq məsuliyyət hesab olunmaqla beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşı beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə reparasiya, restitusiya, təzminat və satisfaksiya məsuliyyəti yaranıb və Ermənistan bu məsuliyyətin cəzasını alacaq”, – deyə Z.Adıgözəlov bildirib.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button