Cəmiyyət

Formula 1 yarışının açılışında Axısxa Türklərinin milli geyimi nümayiş olundu

Dəyərli soydaşlarımız, bildiyiniz kimi 2 gün öncə Bakıda Formula 1 yarışının möhtəşəm finalı keçirildi.

Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulandı. Digəri isə Azərbaycanda Multikulturalizm və tolerantlıq ideyasına əsaslanan konsepsiya idi. Formula 1 tərəfindən ATVİB-nə yarışda Axısxa Türklərinin folklorunu nümayiş edilməsi üçün müraciət olundu, bizdə öz növbəmizdə Nəsimikənd “Adıgün” kənd mədəniyyət evinin və Nəsimikənd Folklor evi nin rəhbəri Yashar Hurushanov a müraciət etdik, o da bir cüt milli geyimi bizə operativ şəkildə çatdırdı. Builki Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndirildi. Himn səsləndirilən zaman trek üzərində dayanan aralarında Axısxa Türklərini də təmsilən dayanan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutdular. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” formasında dayandılar. Qeyd edək ki, Formula 1 yarışları dünyada 500 milyondan çox izləyicisi olan böyük beynəlxalq yarış və bu yarışda Axısxa Türklərinin folklorunun nümayiş edilməsi bizlər üçün çox xoş oldu və bu işdə əməyi keçən, bizlərə dəstək olan hər kəsə ATVİB İdarə Heyəti adına təşəkkür edirəm.

ATVİB İdarə Heyətinin Sədri
İsmayıl Rəhimov

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button