Cəmiyyət

Qəbələ rayon Ağsaqqallar Şurasının hesabat-seçki iclası keçirilib – FOTOLAR

Bu gün Qəbələ rayon Ağsaqqallar Şurasının hesabat-seçki iclası keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Rezonans.az xəbər verir ki, Qəbələ “Qafqaz Sport” hoteldə  keçirilən tədbiri  giriş sözü ilə Qəbələ Rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb, keçən hesabat dövründə dünyasını dəyişmiş rayon ağsaqqallarının, uzun illər rayonumuzun deputatı olmuş Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. İclasa sədrlik edən rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Hacıyev gündəlikdə duran təşkilati məsələlər barədə məlumat verib. İclas iştirakçıları Qəbələ rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsini qəbul edib, Mehman Ramazan oğlu İsmayılov Qəbələ Ağsaqqallar Şurasının sədri seçilib və digər təşkilati məsələlərə baxılıb.

Uzun illər Qəbələ rayon Ağsaqqallar Şurasına sədrlik etmiş Nazim Mustafayevin xidmətləri yüksək qiymətləndirilib və o, Qəbələ rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.

Sonda rayon  Icra  hakimiyyətinin başçısı Səbuhi Abdullayev yeni seçilmiş Şuranın üzvlərini təbrik edərək müstəqil dövlətimizin bundan sonra da çiçəklənməsi, inkişafı naminə həyata keçiriləcək gələcək işlərində onlara uğurlar arzulamış, ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button