Cəmiyyət

Qəbələdə Vətən müharibəsində iştirak etmiş qazilərlə görüş keçirilib – FOTO

Qəbələ Müalicə Diaqnostika Mərkəzində Vətən Müharibəsində yaralanmış qazilərimizlə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ RMX Publik – Hüquqi Şəxsinin, Qəbələ MDM Publik – Hüquqi Şəxsinin rəhbərliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət  Agentliyinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Rezonans.az xəbər verir ki, görüşdə Vətən müharibəsində yaralanmış qazilərimizin səhhətləri ilə bir daha  maraqlanılmış, onları narahat edən məsələlər müzakirə olunmuşdur. Qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə  ölkə başçısı müzəffər Ali Baş Komandan İlham Əliyeviə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button