BMT-nin Baş katibi bu tarixdə Ukraynaya gedəcək

img

BMT-nin baş katibi Antonio Quterreş aprelin 28-i Ukraynaya səfər edəcək.

 

Rezonans.az xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

 

Onun sözlərinə görə, A.Quterreş Ukrayna Prezidenti Volodimir Zelenski və XİN rəhbəri Dmitri Kuleba ilə görüşəcək.

 

Bundan əlavə, baş katib BMT-nin Ukraynadakı agentliklərinin əməkdaşları ilə Ukrayna xalqına humanitar yardımın genişləndirilməsini müzakirə edəcək.

Xəbəri paylaş: