Səbinə Əliyeva Ombudsman Aparatında vətəndaşları qəbul edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsman Aparatında vətəndaşları qəbul edib.


Rezonans.az xəbər verir ki, müvəkkil tərəfindən mütəmadi olaraq həyata keçirilən növbəti qəbul zamanı hər bir vətəndaş fərdi qaydada dinlənilib, onlara hüquqi məsləhətlər verilib, bəzi müraciətlər yerində təmin olunub. Vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.


Qəbul zamanı, həmçinin vətəndaşların müraciətlərinə daha səmərəli və çevik şəkildə baxılması məqsədilə Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi və digər müraciət vasitələri barədə məlumat verilib.

Xəbəri paylaş: