Ədliyyə naziri: "Şəffaf seçim nəticəsində hakim korpusumuz 75 faiz yenilənib"

img

"Bütün Avropa üçün aktual olan məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycanda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl islahatlar aparılır".

Rezonans.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində deyib.

O bildirib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı mühüm “yol xəritəsi” olmaqla bu sahədə inqilabi dəyişikliklərə rəvac verib.

"Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində hakim korpusumuz 75 faiz yenilənib. Onların sırasında gənclərin üstünlük təşkil etməsi, həmçinin gender bərabərliyi baxımından qadınların sayının xeyli artması bizi sevindirir", - deyə nazir qeyd edib.

Xəbəri paylaş: