Yeni icra başçısı onu özünə köməkçi təyin etdi

img

Göygöl Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.


İcra hakimiyyətindən Rezonans.az-a bildirilib ki, bununla bağlı icra başçısı Elvin Paşayev əmr imzalayıb.


Əmrə əsasən, Yusif Hacıyev Göygöl RİH-nin başçısının köməkçisi vəzifəsinə təyinat alıb.


Xatırladaq ki, Elvin Paşayev Prezident İlham Əliyevin 25 iyul 2022-ci il 3388 saylı Sərəncamıyla Göygöl rayonunun icra başçısı təyin edilib.


Qeyd edək ki, ilk dəfə olaraq təyinat xəbərin Rezonans.az yayımlayıb.

Xəbəri paylaş: