NASA Rusiyadakı işçilərini ixtisar edib

img

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Vaşinqton və Moskva arasında yaranan gərginlik fonunda ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Rusiyadakı işçilərini ixtisar edib.

Rezonans.az xəbər verir ki, bunu “SpaceNews”a müsahibəsində  ABŞ Kosmik Agentliyinin rəis müavini Pam Melroy deyib.

“Biz adətən Rusiyadakı əməkdaşlarımızdan bir az narahat oluruq (vəziyyətdən - red.). Bunun nəticələrindən biri Rusiyada işçilərin ixtisarıdır", - deyə  ifadə  edib. 

Melroyun sözlərinə görə, NASA həmişə fövqəladə vəziyyət planlarını nəzərdən keçirir.

“Biz NASA-yıq, ona görə də həmişə hər cür planlardan danışırıq. İndi hər şey çox peşəkarcasına və çox əlaqələndirilmiş şəkildə işləyir”, - deyə o əlavə edib.

Xəbəri paylaş: