Lukaşenko Ümumbelarus Xalq Məclisinin rəhbəri oldu

img

Belarus Prezidenti Aleksandr Lukaşenko VII Ümumbelarus Xalq Məclisinin sədri seçilib.

Rezonans.az xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb.

Belə ki, bu gün Milli Statistika Komitəsinin sədri İnna Medvedeva Ali Şuranın iclasında gizli səsvermənin nəticələrini açıqlayıb, onun nəticəsində Lukaşenko sədr postuna seçilib.

Bildirilib ki, dövlət başçısının bu vəzifəyə namizədliyini Ali Şuranın nümayəndəsi, Belarus Qırmızı Xaç Cəmiyyətinin baş katibi Dmitri Şevçov irəli sürüb.

Ümumbelarus Xalq Məclisi Belarusda demokratiyanın ali nümayəndəli orqanıdır, cəmiyyətin və dövlətin inkişafının strateji istiqamətlərini müəyyən edir, konstitusiya quruluşunun toxunulmazlığını təmin edir.

Xəbəri paylaş: